Lavrov Mirzoyanla görüşüb

   Lavrov Mirzoyanla görüşüb
  14 Oktyabr 2021    Oxunub:855
Minsk şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Bu yaxınlarda sizinlə Moskvada ətraflı danışdıq, amma bu gün ikitərəfli və əlbəttə ki, bölgənin bəzi əlavə məsələlərini nəzərdən keçirə bilərik. Qarabağ həmişə diqqətimizdə olmalıdır", - Lavrov deyib.

Xatırladaq ki, Rusiyanın XİN rəhbəri daha əvvəl azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

Bu gün, həmçinin Minskdə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Sergey-Lavrov   Ararat-Mirzoyan  





Xəbər lenti