Saakaşvilinin saxlandığı türmənin ərazisində yanğın başlayıb

   Saakaşvilinin saxlandığı türmənin ərazisində yanğın başlayıb
  14 Oktyabr 2021    Oxunub:1517
Gürcüstanda 1,5 mindən çox məhkumun cəza çəkdiyi 17 saylı həbsxanada yanğın başlayıb.
Azvision.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, həbsxana Rustavi şəhərində (Tiflisdən 30 km aralı) yerləşir.

Yayılan məlumatlara görə, yanğın yemək otağından başlayıb. Hazırda yanğınsöndürənlər ərazidədir, lakin havanın küləkli olması prosesi çətinləşdirir.

Bu cəzaçəkmə müəssisə keçmiş prezident Mixail Saakaşvilinin saxlandığı 12 saylı həbsxananın yanında yerləşir.17 saylı həbsxana Gürcüstanın ən böyük həbsxanalarından biridir. Son məlumatlara görə, orada cəza çəkən 1,5 mindən çox məhbusun 756 nəfəri xüsusilə ağır cinayətlər törədənlərdir.

Yanğının səbəbləri hələlik məlum deyil.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Gürcüstan   Yanğın  





Xəbər lenti