Azərbaycan və Türkiyə Quru Qoşunlarının komandanları görüşüb

 Azərbaycan və Türkiyə Quru Qoşunlarının komandanları görüşüb
  14 Oktyabr 2021    Oxunub:843
Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev oktyabrın 14-də "Avrasiya sülhü - 2021" təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avsever ilə görüşüb.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, iki qardaş ölkənin birgə təlimlərinin təcrübə mübadiləsi, dostluq və qardaşlığın daha da gücləndirilməsi baxımından əhəmiyyəti qeyd edilərək gələcəkdə də birgə təlimlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Azvision.az



Teqlər: Türkiyə   Azərbaycan  





Xəbər lenti