Çavuşoğlu: "Taliban rəhbərliyinə tövsiyələr verdik" - YENİLƏNİB

  14 Oktyabr 2021    Oxunub :628
    Çavuşoğlu:  "Taliban rəhbərliyinə tövsiyələr verdik" -  YENİLƏNİB
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Taliban”ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottaki ilə görüşün detallarını açıqlayıb.
Azvision.az xəbər verir ki, Çavuşoğlu jurnalistlərə açıqlamasında Taliban nümayəndə heyəti ilə terrorla mübarizə məsələsini müzakirə etdiklərini qeyd edib:

"İlk olaraq Taliban nümayəndə heyəti Əfqanıstandakı vəziyyət barədə bizi məlumatlandırdı. Hər şeydən əvvəl ölkənin birliyi üçün Əfqanıstandakı bütün etnik və dini qrupların nümayəndələrinin hökumətə daxil edilməsi önəmlidir. Qadınların iş həyatında çalışa bilmələri ilə də bağlı öz tövsiyələrimizi verdik. Əfqanıstandan miqrasiya axının olmamasını da danışdıq".

XİN rəhbəri qeyd edib ki, görüşdə Türkiyənin Məzari-Şərif və Herat Baş Konsulluqlarının fəaliyyətinin bərpası məsələsi də müzakirə edilib.

***

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə “Taliban”ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottaki arasında görüş başlayıb.

Azvision.az xəbər verir ki, görüş Əmir Xan Müttəqinin rəhbərlik etdiyi nümayəndə heyətinin Ankaraya səfəri çərçivəsində baş tutub.

Qeyd edək ki, Əfqanıstanın "Taliban" hərəkatı tərəfindən formalaşdırılmış müvəqqəti hökumətinin bir qrup nümayəndə heyəti bu gün Türkiyəyə səfər edib. Bu, "Taliban" nümayəndələrinin Əfqanıstanda hakimiyyətə gəldikdən sonra ilk xarici səfəridir.

Azvision.az

Teqlər: Türkiyə   Əfqanıstan  







Xəbər lenti