Tbilisidə Saakaşviliyə dəstək mitinqi başa çatıb - YENİLƏNİB

   Tbilisidə Saakaşviliyə dəstək mitinqi başa çatıb -  YENİLƏNİB
  14 Oktyabr 2021    Oxunub:1924
Tbilisidə eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə keçirilən kütləvi mitinq başa çatıb. Aksiya zamanı heç bir insident qeydə alınmayıb.
Azvision.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının lideri Nika Melia minlərlə etiraz aksiyasının iştirakçılarına gələcək planlarından danışıb.

Qeyd edək ki, aksiya Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin həbsdən azad edilməsi tələbi ilə keçirilib. Üçüncü prezident oktyabrın 1-də saxlanılıb. Həmin vaxtdan bəri Saakaşvili özünü siyasi məhbus adlandıraraq aclıq aksiyası keçirir.

***
Tbilisidə eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə başlayan kütləvi mitinq davam edir. Mitinqdə Saakaşvilinin iştirakçılara müraciət məktubu oxunub.


Azvision.az xəbər verir ki, məktubu eks-prezidentin vəkili Nika Qvaramiya oxuyub.

"Əgər biz sivil ölkə istəyiriksə, biz böyük barışığa getməliyik və revanş, qisası unutmalıyıq. İstər ölkə daxilində, istər xaricdə, istər həbsxanada, istərsə də azadlıqda olmağımızdan asılı olmayaraq hamımız birləşməliyik. İndi nə partiya, nə də başqa bir prinsipə görə bölünmə zamanı deyil. Gürcüstanı xilas etməyin vaxtıdır və bu gün birlik zamanıdır".


M.Saakaşvili Gürcüstana niyə döndüyünü də izah edib: “Mənə hətta yaxın olan Ukraynada xoşbəxt ola bilmirəm. Sevimli vətənimdə bu qədər amansızlıq və fəlakətlər gördüyüm zaman mən başqa yerdə ola bilmərəm”.

Siyasətçinin sözlərinə görə, Gürcüstanı Qərb yoluna qaytarmaq lazımdır: “Biz bir yerdə Gürcüstanı demokratiya, islahatlar və inkişaf mayakına çevirməliyik. Gürcüstanı azad və xilas etmək zamanı artıq yetişib. Bu gün birliyə ən çox ehtiyac var”.

***
Tbilisidə eks-prezident Mixail Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq başlayıb. Şəhərin mərkəzindəki Azadlıq Meydanına minlərlə adam toplaşıb

Azvision.az Gürcüstan mətbuatına istnadən xəbər verir ki, etirazçılar əllərində "Mişaya azadlıq" və "Siyasi təqiblərə yox" sözləri yazılmış plakatlar, Gürcüstan bayraqları tuturlar. Eyni zamanda aksiyada Azərbaycan və Ukraynanın bayraqları da gətirilib.

Etirazçılar ilk öncə oktyabrın 8-də Batumidə baş vermiş faciə nətcəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Yaşasın Gürcüstan!” şüarı səsləndiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi Azadlıq Meydanın yaxınlığına polis və xüsusi təyinatlıları səfərbər edib. Nazirlik bunu etirazçıların təhlükəsizliyinin və asayişin təmin edilməsi üçün edildiyini açıqlayıb.







Azvision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti