Vərəmdən ölənlərin sayı 10 ildən sonra ilk dəfə artıb - ÜST

   Vərəmdən ölənlərin sayı 10 ildən sonra ilk dəfə artıb -    ÜST
  14 Oktyabr 2021    Oxunub:1424
COVID-19 pandemiyasına görə dünyada vərəmdən ölənlərin sayı artıb. Pandemiya vərəmlə mübarizədə illərlə əldə edilən qlobal tərəqqini tərsinə çevirib. 10 ildən sonra vərəmdən ölənlərin sayında artım müşahidə olunmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının yeni hesabatında qeyd edilib.

ÜST-ün məlumatına görə, 2020-ci ildə vərəmdan 1,5 milyon insan dünyasnı dəyişib (onlardan 214 mini HİV-ə yoluxub). Hesabatda deyilir ki, xəstəlikdən ölüm hallarının artması əsasən vərəmin ən çox yayıldığı 30 ölkədə müşahidə edilib.

ÜST-ün proqnozlarına əsasən, 2021 və 2022-ci illərdə vərəmdən əziyyət çəkən və bu xəstəlikdən ölənlərin sayı daha da artacaq. Xəstəliklə mübarizədə əsas xidmətlərinin göstərilməməsi və onlara çıxış problemi 2020 -ci ildə bir çox vərəm xəstəsinə diaqnoz qoyulmaması ilə nəticələndi.

ÜST vurğulayıb ki, hazırda dünyada 4,1 milyon insan vərəmdən əziyyət çəkir. Lakin onların xəstəlik diaqnonozları qoyulmur və bu haqda rəsmi qurumlara məlumat verilmir. Hesabatda deyilir ki, bu rəqəm 2019-cu ildəki nəticədən 2,9 milyon çoxdur.
Təşkilat, həmçinin, vərəmin diaqnozu, müalicəsi və xəstəliyin qarşısının alınması xidmətlərinə görə ayrılan qlobal xərclərin 5,8 milyard dollardan 5,3 milyard dollara qədər azaldığını elan edib. Bu da 2022-ci ilə qədər hər il vərəmə qarşı tam maliyyələşmə üçün qarşıya qoyulan 13 milyard dollarlıq qlobal hədəfin yarısından azdır.

Azvision.az




Teqlər: ÜST   Vərəm  





Xəbər lenti