Azərbaycanda III rübdə neft emalı kəskin artıb

  14 Oktyabr 2021    Oxunub :231
Azərbaycanda III rübdə neft emalı kəskin artıb
Cari ilin iyul-sentyabr ayları ərzində SOCAR tərəfindən 1,8 milyon ton neft emal olunub ki, bu da ötən ilin müvafiq aylarında olduğundan 46,5 faiz çoxdur.
SOCAR-dan Azvision.az -a bildirilib ki, bu kəskin artım ötən il Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılmış dövri təmir işlərinin məhz ilin üçüncü rübünə təsadüf etməsi ilə izah olunur.

Bu ilin üçüncü rübündə isə zavod dövri təmirə dayanmayıb. Rüb ərzində SOCAR-ın Qaz Emalı Zavodunda 812 milyon kubmetr qaz emal edilib.

Azvision.az

Teqlər: SOCAR  







Xəbər lenti