Qətər şirkətləri Qarabağda bərpa işlərinə cəlb oluna bilər

Qətər şirkətləri Qarabağda bərpa işlərinə cəlb oluna bilər
  18 Oktyabr 2021    Oxunub:1327
"İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərində Qətər şirkətlərinin cəlb olunması potensialı müzakirə edilib".
AzVision.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüş zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq müzakirə edilib. C.Bayramov söyləyib ki, turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. COVID-19 ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra turizm sahəsində əməkdaşlıq əvvəlki səviyyəyə gələcək və daha da inkişaf edəcək.

Nazir əlavə edib ki, görüş zamanı regional təhlükəsizlik məsələsi ilə bağlı səmərəli müzakirələr aparılıb.

AzVision.az



Teqlər: Azərbaycan   Qətər  





Xəbər lenti