"Məişət zorakılığını reklam etməməliyik" - Sədr müavini

   "Məişət zorakılığını reklam etməməliyik" -    Sədr müavini
  19 Oktyabr 2021    Oxunub:899
Məişət zorakılığı faktı baş verəndə jurnalistlər  Ailə, Qadın  və Uşaq Problemləri üzrə dövlət qurumuna zəng edir və nə iş görməsini soruşur. Komitə siyasəti yönəldir. Məişət zorakılığı faktı baş verən məkanda olmalı və yerli icra qurumlarından nə iş görmələri soruşulmalıdır.
AzVision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Məişət zorakılığı media müstəvisində" adlı təlimdə deyib. O bildirib ki, bələdiyyələrdə gender komissiyalarının yaradılması istiqamətində işlər görülməsinə, təlimlər keçirilməsinə baxmayaraq, onlardakı vəziyyət yetəri səviyyədə deyil:

"Məişət zorakılığını reklam etməməliyik. İntihar hallarını elə veririk ki, o vəziyyətdə olan insan ona baxır, təsirlənir və bu yola əl atır Onu elə təqdim etməliyik ki, həmin şəxsləri düşündürsün və bu fikirdən yayındırsın".

AzVision.az


Teqlər: Məişət-zorakılığı  





Xəbər lenti