Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçiriləcək - KİV

 Moskvada Qarabağ üzrə üçtərəfli görüş keçiriləcək -   KİV
  19 Oktyabr 2021    Oxunub:1469
Ermənistanın baş nazirin müavini Mher Qriqoryanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Moskvaya səfər edəcək.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.
İki günlük səfərin məqsədi açıqlanmayıb. “Sputnik Ermənistan” isə Moskvada Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclasının keçiriləcəyini yazıb. Məlumata görə, Qriqoryan Aleksey Overçuk və Şahin Mustafayevlə danışıqlar aparacaq.

Ermənistan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Armen Qevondyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan daxildir.

Xatırladaq ki, Qarabağ üzrə üçtərəfli İşçi Qrupun tərkibinə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri - Aleksey Overçuk, Şahin Mustafayev və Mher Qriqoryan daxildir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qarabağ  





Xəbər lenti