Prezident Ərdoğana başsağlığı verib

   Prezident Ərdoğana başsağlığı verib
  19 Oktyabr 2021    Oxunub:1521
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. AzVision.az xəbər verir ki, mətndə deyilir:
"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

“Baykar” şirkətinin İdarə Heyətinin sədri Özdemir Bayraktarın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və yaxınlarınıza səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

AzVision.az



Teqlər: Prezident   Başsağlığı  





Xəbər lenti