Azərbaycanda 5 milyona yaxın insan peyvənd olunub

   Azərbaycanda 5 milyona yaxın insan peyvənd olunub
  20 Oktyabr 2021    Oxunub:915
“Peyvəndlərin vurulmasına müəyyən əks-göstərişlər var. Xəstədə olan xroniki xəstəlik kəskinləşdikdə istər bir, istər ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”. AzVision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, COVID-lə xəstələnmə peyvənd olunmaq üçün maneə deyil:
- Rəsmi qeydiyyata düşübsə, həmin şəxs 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və xəstəlikdən 6 ay sonra immunitet zəifləyir deyə, həmin şəxslər yoluxa bilər. Xəstəlik keçirən insan peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olur.

O deyib ki, ölkədə 5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub: "Görülən yan təsirlərin əksəriyyəti yüngül yan təsirlərdir. Bu, maksimum 2-3 sutka ərzində keçib gedir”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Peyvənd  





Xəbər lenti