"Rusiya şirkətləri Qarabağda bərpa işlərində iştirak etməyə hazırdır" - XİN

   "Rusiya şirkətləri Qarabağda bərpa işlərində iştirak etməyə hazırdır" -    XİN
  21 Oktyabr 2021    Oxunub:1522
"Rusiya şirkətləri işğaldan azad edilmiş torpaqlarda görülən bərpa işlərində iştirak etməyə hazırdırlar. Ölkənin yerli şirkətlər qrupu 17-18 noyabr tarixlərində yenidən Azərbaycana səfər etməyi planlaşdırır".
AzVision.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib. O bildirib ki, Cəbrayıl rayonunda Rusiyanın “KamAZ” müəssisəsi və Gəncə Avtomobil Zavodunun birgə servis mərkəzinin təməlqoyma mərasimi keçirilməsini ikitərəfli əməkdaşlığa misal kimi göstərə bilərik:
"Biz əlbəttə ki, Rusiya biznesinin Azərbaycanda genişlənməsində maraqlıyıq. Bu cür birgə işə Moskva və Bakının münasibətlərinin vacib tərkib hissəsi kimi baxırıq”

AzVision.az



Teqlər: Rusiya   XİN   Qarabağ  





Xəbər lenti