Rusiya XİN: "Tərəflər Qarabağla bağlı İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirir"

      Rusiya XİN:    "Tərəflər Qarabağla bağlı İşçi Qrupun fəaliyyətini yüksək qiymətləndirir"
  28 Oktyabr 2021    Oxunub:1465
"Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin sədrliyi ilə Üçtərəfli İşçi Qrupun artıq 8 iclası keçirilib.Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir".
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxış edərkən deyib. O bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həllinin optimal variantı üçtərəfli işçi qrupdur:

“Biz Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası ilə bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsinə yardım edən bəyanat və addımları dəstəkləməyi düzgün hesab edirik”, - Rusiya XİN-in rəsmisi vurğulayıb.

AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Ermənistan  





Xəbər lenti