Moldova prezidenti qaz təchizatı üçün Azərbaycandan yardım istəyib

 Moldova prezidenti qaz təchizatı üçün Azərbaycandan yardım istəyib
  28 Oktyabr 2021    Oxunub:2316
Moldova prezidenti Maya Sandu Ruminiya, Polşa, Almaniya və Azərbaycandan yanacaq təchizatı ilə bağlı çətin vəziyyətdən çıxmaqda köməklik göstərməyi xahiş edib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, prezident Moldovanın əsas tərəfdaşlarından qaz böhranının aradan qaldırılmasında kömək istəyib:
"Respublika sakinlərinin bu böhran qarşısında tək qalmayacağına dair təminat aldım", - deyə Sandu bildirib.

O, Vyana səfəri zamanı bu məsələni qaldırdığını və Avropa rəsmiləri ilə də müzakirə etdiyini vurğulayıb. Prezident ümidvardır ki, ölkə enerji böhranından tez bir zamanda çıxacaq.

2008-ci ildə bağlanmış müqaviləyə əsasən, Moldova qazı "Qazprom"dan alıb. Sentyabrın 30-da müqavilənin müddəti bitib. Tərəflər yeni şərtlərlə razılaşa bilməyiblər və iki dəfə razılaşmanı bir ay uzadıblar. Eyni zamanda yanacağın qiyməti hər min kubmetr üçün 790 dollara qalxıb. Rusiya dövlət korporasiyası yalnız 700 milyon dollara yaxın borcun ödənildiyi təqdirdə qaz təhcizatını davam etdirməyə hazır olduqlarını bildiriblər. Əks halda dekabr ayından əməkdaşlıq dayandırıla bilər.

AzVision.az



Teqlər: Moldova   Qaz  





Xəbər lenti