"Uşaq dünyaya gətirən 11 yaşlı qız anasına qaytarılmamalıdır" - Kəmalə Ağazadə

   "Uşaq dünyaya gətirən 11 yaşlı qız anasına qaytarılmamalıdır" -    Kəmalə Ağazadə
  30 Oktyabr 2021    Oxunub:1309
"Uşaq dünyaya gətirən 11 yaşlı qızın müvəqqəti qəyyumluğa almaq üçün icra hakimiyyətinə məktub yazmışam. Reabilitasiya işləri aparmaq üçün o mənim yanımda olmalıdır".
Bunu AzVision.az -a açıqlamasında barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, reabilitasiya, istintaq və məhkəmə prosesində onun yanında olmaq istəyirəm:

"Qıza mütləq vəkil tutmalıyam ki, ona zərər yetirən şəxsin bütün malı, mülkü zərərçəkənə verilsin.
Uşağın anaya geri qaytarılmasının qətiyyən tərəfdarı deyiləm. Onun gələcəyini təmin etməyi düşməliyik. Onun dünyaya gətirdiyi körpə körpələr evinə veriləcək. Orada qeydiyyata alınıb övladlığa verilsə yaxşıdır. Lakin buna körpənin vəziyyəti imkan verəcəkmi? Bu hələ sual altındadır. Məndən olsa, 11 yaşlı qızla yanaşı, onun körpəsini də böyüdərdim.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti