Romada "G20" liderlərinin sammiti başlayıb

   Romada "G20" liderlərinin sammiti başlayıb
  30 Oktyabr 2021    Oxunub:911
İtaliyanın paytaxtı Romada “G-20”liyin sammiti başlayıb.
AzVision.az xəbər verir ki, sammitin sədri, İtaliyanın Baş naziri Mario Draqi iştirakçıları salamlayıb.

İclasda koronavirusa qarşı mübarizə, pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın inkişafı və iqlim və digər məsələlər müzakirə olunacaq.

Rusiya prezidenti Vladimir Putin sammitin iclaslarında videobağlantı vasitəsilə iştirak edəcək. Onun təqdimatı iki sessiyada gözlənilir: “Qlobal iqtisadiyyat və qlobal sağlamlıq”, “İqlim dəyişikliyi və ətraf mühit”.

Qeyd edək ki, sammit günlərində Roma üzərində hava məkanı bağlanıb. Təhlükəsizliyi 10 minə yaxın asayiş keşikçisi təmin edir. Əraziyə nəzarət etmək üçün dronlardan istifadə olunur. Şəhərdə 14 metro stansiyası bağlanıb, arxeoloji abidələrə və muzeylərə giriş məhdudlaşdırılıb.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: G-20   Sammit  





Xəbər lenti