"Ərdoğan Baydenlə Qafqazı müzakirə edəcək” - Kalın

   "Ərdoğan Baydenlə Qafqazı müzakirə edəcək” -    Kalın
  30 Oktyabr 2021    Oxunub:1103
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Co Baydenlə iki ölkənin əlaqələri başda olmaqla, bir sıra məsələlər müzakirə edəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, liderlər Suriya, Əfqanıstan və Qafqazdakı vəziyyəti müzakirə edəcəklər. Həmçinin, terrora qarşı mübarizə, qlobal iqtisadiyyat məsələləri də gündəmdə olacaq.

İbrahim Kal bildirib ki, görüşün Romada və ya Şotlandiyanın Qlazqo şəhərində keçirilməsilə bağlı danışıqlar aparılır.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Co-Bayden   Rəcəb-Tayyib-Ərdoğan  





Xəbər lenti