Ərdoğanla Baydenin görüşəcəyi tarix bəlli olub

   Ərdoğanla Baydenin görüşəcəyi tarix bəlli olub
  30 Oktyabr 2021    Oxunub:1307
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıbr.

Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri "Böyük İyirmilik" (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.

AzVision.az



Teqlər: Ərdoğan   Bayden  





Xəbər lenti