Lavrov və Çavuşoğlu Cənubi Qafqazla bağlı “3+3” formatını müzakirə ediblər

      Lavrov və Çavuşoğlu    Cənubi Qafqazla bağlı “3+3” formatını müzakirə ediblər
  30 Oktyabr 2021    Oxunub :296
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu “Böyük iyirmilik” (G20) ölkələrinin sammitinin keçirildiyi Romada danışıqlar aparıblar.
AzVision.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, danışıqlarda əsas diqqət Balkanlar və Cənubi Qafqazda vəziyyətin daha da sabitləşməsi üçün iki ölkənin səylərinin əlaqələndirilməsinə yönəldilib.

Görüş zamanı Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin və qarşılıqlı faydalı doğuran infrastruktur layihələrinin təşviqi məqsədilə “3+3” regional mexanizminin işə salınması perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, nazirlər çoxtərəfli formatlardan istifadə etməklə Bosniya nizamlanmasına kömək etmək üçün birgə addımların atılması imkanlarını müzakirə ediblər.

AzVision.az

Teqlər: Lavrov   Çavuşoğlu   Müzakirə  







Xəbər lenti