Metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdiriləcək

  Metronun çıxışında yaşayan şəxs sığınacağa yerləşdiriləcək
  31 Oktyabr 2021    Oxunub:1597
Fotoqraf Elxan Qəniyev "Sahil" metrostansiyasının çıxışında yaşayan kimsəsiz şəxslə bağlı paylaşım edib.

AzVision.az xəbər verir ki, fotoqraf paylaşımında yazıb:
"Yolda gələrkən rastlaşdığımız bu miskin mənzərə məni çox üzdü. Ağayev Rüstəm Həsənağa oğlu 1960- cı ildə Salyanda anadan olub. Ailəsi onu atıb və o təkbaşına 3 ildir "Sahil" metrostansiyasının çıxışında yaşayır. Baxdıqca, danışdıqca öz həyatında bir dönüş nöqtəsi olmasını arzulayır və gözləri dolur. Bu mənim həyatımda gördüyüm ən çarəsiz göz yaşlar idi. Onun tək istəyi 62 yaşında bu soyuqda qalmamaq və qocalar evinə yerləşməkdir. Əminəm ki, dostluğumda ona yardım, dəstək ola biləcək insanlar var".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məsələyə reaksiya verib. O bildirb ki, müraciət Sosial Xidmətlər Agentliyində qeydə alınaraq aidiyyəti filiala yönləndirilib:

“Əməkdaşlarımız əraziyə göndəriləcəklər. Razılığı olarsa, sığınacağa cəlbi və digər sosial xidmətlərdən yararlanması üçün əlimizdən gələni edəcəyik”.



AzVision.az


Teqlər: Sığınacaq  





Xəbər lenti