Ərdoğanla Bayden arasında razılıq əldə olunub - YENİLƏNİB-2

 Ərdoğanla Bayden arasında razılıq əldə olunub -  YENİLƏNİB-2
  31 Oktyabr 2021    Oxunub:2590
“Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Co Baydenin görüşü təxminən 1 saat 10 dəqiqə davam edib.
AzVision.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və inkişafı üçün birgə mexanizmin yaradılması barədə razılıq əldə olunub. Prezidentlər ikitərəfli ticarət həcminin artırılması üçün birgə atılacaq addımları da müzakirə ediblər.

NATO müttəfiqliyi və strateji tərəfdaşlıq məsələlərinin də əsas müzakirə mövzusu olduğu görüşdə iqlim dəyişikliyi ilə bağlı atılan birgə addımlardan məmnunluq ifadə olunub.
***
14:35
“Böyük iyirmiliyin” (G20) liderlərinin Romada keçirilən sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Nuvola Konqres Mərkəzində ABŞ Prezidenti Co Baydenlə görüşüb.

AzVision.az xəbər verir ki, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Entoni Blinken də iştirak ediblər.

Rəcəb Tayyib Ərdoğanın sammitin “İqlim dəyişikliyi və ətraf mühit” və “Dayanıqlı inkişaf” adlı sessiyalarında iştirakı, müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə görüşləri gözlənilir. Türkiyə Prezidenti, həmçinin mətbuat konfransı keçirəcək.
***
13:45
Romada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Baydenin ikitərəfli görüşü keçirilir.

AzVision.az xəbər verir ki, görüş “Böyük iyirmiliyin” (G20) Liderlərinin Sammiti çərçivəsində baş tutub.



AzVision.az


Teqlər: Bayden   Ərdoğan  





Xəbər lenti