İraqdakı ABŞ səfirliyi raket atəşinə məruz qalıb

İraqdakı ABŞ səfirliyi raket atəşinə məruz qalıb
  31 Oktyabr 2021    Oxunub :296
İraqın paytaxtı Bağdad şəhərində terror aksiyası baş verib.
AzVision.az xəbər verir ki, Bağdadın Əl-Mansur rayonunda “Yaşıl vadi” adlanan ərazidə yerləşən ABŞ səfirliyinə 3 raket zərbəsi endirilib. Raketlər səfirliyə yaxın əraziyə düşüb. İnsan tələfatı olmasa da, rayonda yerləşən inzibatı binalara böyük maddi zərər dəyib.

Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanlarının əməkdaşları geniş əməliyyat tədbirlərinə başlayıblar.

Qeyd edək ki, İraqdakı ABŞ səfirliyi dəfələrlə raket atəşinə məruz qalıb.

AzVision.az

Teqlər: İraq  







Xəbər lenti