Şuşanın azad olunmasından sonra Qarabağda ilk xalça toxunub
Qeyd edək ki, Qarabağ xalçası Şuşanın Xalça Muzeyinə təhvil veriləcək. Onun gələcəkdə muzeydə eksponat kimi saxlanılacağı istisna edilmir.
Qarabağ xalçası Zəfər günü ərəfəsində Şuşada nümayiş olunacaq.
Xalçaya ilk ilmələri "Azərxalça"nın Qarabağ müharibəsində iştirak edən əməkdaşları vurub. Sumqayıtda olanda şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası da xalçaya ilmə vurub.
Xalça "Azərxalça"nın dizaynerləri tərəfindən hazırlanıb və qədim naxışlarımızı özündə əks etdirən "Çələbi" xalçasıdır.
AzVision.az
Teqlər: