Sumqayıtda özünü dənizə atan şəxs xilas edildi

Sumqayıtda özünü dənizə atan şəxs xilas edildi
  01 Noyabr 2021    Oxunub :299
Sumqayıt şəhəri ərazisində 1 nəfər intihar məqsədilə özünü dənizə atıb.
Bu barədə AzVision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

AzVision.az

Teqlər: FHN  







Xəbər lenti