"Türk Şurası güclənərək beynəlxalq status qazanacaq" - Ərdoğan

   "Türk Şurası güclənərək beynəlxalq status qazanacaq" -    Ərdoğan
  01 Noyabr 2021    Oxunub:1488
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlayıb.

AzVision.az xəbər verir ki, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb.
R.T.Ərdoğan ölkələr arasında əlaqələrin qarşılıqlı təcrübə əsasında inkişafını xüsusi hesab edib. Onun sözlərinə görə, qarşılıqlı əlaqə, təcrübə mübadiləsi hədəflərə daha da yaxınlaşdırmış olacaq və Türk Şurası yeni qatılan ölkələrlə güclənərək beynəlxalq status qazanmış olacaq.

Aytən Zəhra
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan  





Xəbər lenti