Bu il 63 uşaq doğma ailələrinə qaytarılıb

   Bu il 63 uşaq doğma ailələrinə qaytarılıb
  01 Noyabr 2021    Oxunub:936
Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu il 63 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.
Bu barədə AzVision.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib. Qeyd edək ki, bu il Azərbaycanda 99 uşaq (47-si oğlan, 52-si qız) övladlığa verilib.

Uşaqlar övladlığa verildikdən sonra onların ailələrdə inkişafı üçün şəraitin yaradılmasına ciddi nəzarət, ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri olaraq monitorinqlər həyata keçirilir.

AzVision.az


Teqlər: Ailə  





Xəbər lenti