"Makrona dedim ki, İlham Əliyev Qafqazda müsbət addımlar atır" - Ərdoğan

   "Makrona dedim ki, İlham Əliyev Qafqazda müsbət addımlar atır" -    Ərdoğan
  01 Noyabr 2021    Oxunub:1094
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən “G20” sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşdə Cənubi Qafqazı müzakirə edib.
AzVision.az xəbər verir ki, bu barədə səfərdən qayıdan Ərdoğan təyyarədə jurnalistlərə deyib.

“Makron Cənubi Qafqaz məsələsin gündəmə gətirdi. Biz dedik ki, keçən həftə oradayıq (Azərbaycanda – red.) və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Qardaşımız, Prezident İlham Əliyev də bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir”, - Ərdoğan vurğulayıb.

Əlavə edib ki, regionda “altılıq” platformanın yaradılması məsələsi gündəmdədir: "Rusiya, Azərbaycan,Türkiyə, İran, Gürcüstan və Ermənistan razılaşsa, burada sülh platforması yaradacağıq. Əgər bu baş verərsə, doğru addım olacaq".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti