Bu il 8 yaşdan yuxarı 51 uşaq məktəbə gedib

   Bu il 8 yaşdan yuxarı 51 uşaq məktəbə gedib
  02 Noyabr 2021    Oxunub:1087
8 yaşdan yuxarı 51 uşaq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fərdi təhsilə cəlb olunub.

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq BŞTİ-dən məlumat verilib. Bildirilib ki, həmin uşaqlardan 29-u 9 yaş, 8-i 10 yaş, 7-si 11 yaş, 5-i 12 yaş, 2-si isə 13 yaşlı uşaqlardır.
“Həmin uşaqlar I sinfə qəbul üçün elektron qeydiyyatdan keçib və onların müraciətləri təmin olunub. 8 yaşdan yuxarı olan uşaqlar "Fərdi təhsilin təşkili haqqında Qaydalar"ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. İlkin araşdırmalar zamanı məlum olub ki, 8 yaşdan yuxarı uşaqlar fərqli səbəblərdən indiyədək təhsildən yayınıb.

Uşaqların vaxtında I sinfə qəbulunu subyektiv səbəblərdən ləngidən valideynlərə əsas tövsiyə ondan ibarətdir ki, bu kimi hallar yolverilməzdir. Bu halda uşaqların öz yaşıdları ilə müqayisədə inkişafı ləngiyir və onlar sonrakı illərdə istər tədris nailiyyətləri, istərsə də psixoloji inkişaf baxımından həmyaşıdlarından geri qalırlar”.

Aytən Zəhra
AzVision.az




Teqlər: Təhsil  





Xəbər lenti