Saakaşvili həkimlərlə görüşməkdən imtina edib

   Saakaşvili həkimlərlə görüşməkdən imtina edib
  02 Noyabr 2021    Oxunub :309
“Rustavi şəhərindəki həbsxanada bir aydır aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tibbi konsiliumdan (həkimlərin suallarına cavab - Red) imtina edib”.
AzVision.az xəbər verir ki, bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. Onun sözlərinə görə, keçmiş prezident aclıq zamanı bədənə mənfi təsir edə biləcək amillərin qarşısını almaq üçün nəzərədə tutulan dərmanları qəbul etmir:

“Çox zəifdir. İki-üç gün bundan əvvəl analizlər verdi və cavablar yaxşı deyildi. Tibbi konsilium da baş tutmayacaq. Çünki, keçmiş prezident bundan imtina edib. Təbii ki, istənilən ssenariyə hazır olmalıyıq”.

Qeyd edək ki, Ali Radanın deputatı Yelizaveta Yasko məhkum edilmiş eks-prezidentə baş çəkib və onun aclıq aksiyası nəticəsində 20 kq arıqladığını bildirib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Gürcüstan  







Xəbər lenti