Orduya dəstək adı ilə pul tələb edənlər tutuldu

   Orduya dəstək adı ilə pul tələb edənlər tutuldu
  02 Noyabr 2021    Oxunub :297
Azərbaycanda orduya dəstək adı ilə şirkətlərdən pul tələb edən şəxslər saxlanılıb.
AzVision.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, özlərini Qeyri-Hökumət Təşkilatının (QHT) rəhbəri kimi təqdim edərək Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

Hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcək.

AzVision.az

Teqlər: DİN  







Xəbər lenti