Kabildəki iki partlayışda 15 nəfər ölüb - YENİLƏNİB

Kabildəki iki partlayışda 15 nəfər ölüb -  YENİLƏNİB
  02 Noyabr 2021    Oxunub:1267
Əfqanıstanın paytaxtı Kabildə hərbi hospital yaxınlığında ard-arda baş vermiş iki partlayışda 15 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə taliblərin nümayəndəsi məlumat verib.

Qeyd olunub ki, daha 34 nəfər yaralanıb. Partlayışları intiharçı kamikadze törədib

***
Əfqanıstanın paytaxtı Kabildə hərbi hospital yaxınlığında ard-arda partlayış baş verib.

AzVision.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

Partlayışdan sonra atəş səsləri eşidilib. Məlumata görə, hücumu intiharçı kamikadze törədib.

Hadisənin təfərrüatları araşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Əfqanıstan   Partlayış  





Xəbər lenti