"Azərsu"nun hesabladığı sərfiyyatla real sərfiyyat fərqlənsə nə etmək olar?

"Azərsu"nun hesabladığı sərfiyyatla real sərfiyyat fərqlənsə nə etmək olar?
  02 Noyabr 2021    Oxunub :307
Azərbaycanda su sayğacları mənzilin daxilində olan abunəçilər evdə olmadıqda və yaxud qapını su nəzarətçisinə açmadıqda Müştəri İnformasiya Proqramının imkanlarından istifadə olunmaqla avtomatik olaraq orta aylıq sərfiyyata uyğun bildiriş çap olunur.
AzVision.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu zaman abunəçilər faktiki işlətdiklərindən çox və yaxud az sərfiyyat hesablanmış bildirişlər alırlar. Belə olduğu təqdirdə vətəndaşlar arasında narahatlıq yaranır. Bəs əslində nə baş verir, belə halla qarşılaşan abunəçi nə etməlidir?

Səhmdar cəmiyyəti bəyan edir ki, bu məsələ ilə əlaqədar abunəçilər narahat olmasın: "Sayğacın faktiki göstəricisi oxunduğu təqdirdə abunəçi bazasında avtomatik olaraq dürüstləşmə həyata keçirilir. Belə ki, bu müddət ərzində hesablanmış orta sərfiyyat abunəçinin real istifadəsindən az və yaxud çox olduqda avtomatik olaraq dürüstləşmə aparılır və bu dürüstləşmə Müştəri İnformasiya Sistemi vasitəsilə həyata keçirilir, heç bir insan amili burda rol oynamır.

Sayğac göstəricilərinin elektron qaydada təqdim edilməsi üçün imkan yaradılıb. Belə ki, sayğac göstəricilərini elektron hökumət portalı, elektron su portalı, azərsu.az saytı, "Facebook" və "Telegram" sosial şəbəkəsi üzərindən əhali qrupu istehlakçılarının sayğac göstəricilərinin daxil edilməsi və hesab fakturanın formalaşdırılması elektron xidmətinə keçməklə əldə edə bilərlər. Bunun üçün abunəçilər sayğacın şəklini və tələb olunan məlumatları daxil edib elektron qaydada faktiki real sərfiyyata uyğun olaraq bildiriş əldə edə bilərlər".

AzVision.az

Teqlər: Azərsu  







Xəbər lenti