Avropada qazın qiyməti 750 dollara düşüb

Avropada qazın qiyməti 750 dollara düşüb
  02 Noyabr 2021    Oxunub :335
Avropa bazarında min kubmetr qazın qiyməti səhər saatlarında 850 dollara qalxsa da, sonradan ucuzlaşıb.
AzVision.az xəbər verir ki, Niderlandda yerləşən TTF habında dekabr fyuçerslərinin qiyməti 4 faiz ucuzlaşaraq min kubmetr mavi yanacaq üçün 750 dollar təşkil edib.

Ucuzlaşma Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskovun ölkədəki anbarlar dolduqdan sonra noyabrın 8-dən başlayaraq Avropaya qazın çatdırılması barədə planların dəyişmədiyi barədə verdiyi bəyanatla üst-üstə düşüb.

Qeyd edək ki, oktyabrın 27-də Avropadakı birjalarda qazın qiyməti bahalaşaraq min kubmetr üçün 1400 dollara yüksəlmişdi.

AzVision.az

Teqlər: Avropa   Qaz  







Xəbər lenti