Daha 2 178 nəfər koronavirusa yoluxub, 31 nəfər ölüb

   Daha 2 178 nəfər koronavirusa yoluxub,    31 nəfər ölüb
  02 Noyabr 2021    Oxunub :316
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497 363 nəfər müalicə olunaraq sağalıb, 7 132 nəfər vəfat edib, aktiv xəstə sayı 30 253 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 889, ötən müddət ərzində isə ümumilikdə 5 214 586 test aparılıb.

AzVision.az

Teqlər: Virus  







Xəbər lenti