Estoniya parlamentinin nümayəndələri “ASAN xidmət”də

Estoniya parlamentinin nümayəndələri “ASAN xidmət”də
  03 Noyabr 2021    Oxunub :310
Estoniya Respublikası Parlamentinin Estoniya-Azərbaycan parlament qrupunun rəhbəri Sven Sesterin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən xəbərə görə, qonaqlara “ASAN xidmət”in yaradılması məqsədi və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bildirilib ki, bu günədək 47 milyondan çox vətəndaş müraciəti qeydə alınıb.



Həmçinin qonaqlara Dövlət Agentliyi tərəfindən elektron hökumət və sosial innovasiyalar sahəsində görülmüş işlər barədə qısa təqdimat edilib. “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb. Qonaqlar Dövlət Agentliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

AzVision.az

Teqlər: ASAN-Xidmət  







Xəbər lenti