"Qurbanların xatirəsini yad etmək üçün yenidən Gəncədə oldum" - Səfir

 "Qurbanların xatirəsini yad etmək üçün yenidən Gəncədə oldum" -     Səfir
  03 Noyabr 2021    Oxunub:1040
"2020-ci ilin noyabr ayında mən ilk dəfə Gəncədə səfərdə oldum. Bu, mülki əhalinin raketlərlə öldürülməsindən bir gün sonra idi”.
AzVision.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter hesabında yazıb.

“Ürək parçalayan dağıntıların, günahsız insanların iztirablarının şahidi oldum. Dünən, düz bir ildən sonra qurbanların xatirəsini yad etmək üçün yenidən Gəncədə oldum", - səfir qeyd edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İsrail-səfir   Gəncə  





Xəbər lenti