"Zirkon" raketi gələn ildən Rusiya ordusunun silahlanmasına veriləcək - Putin

"Zirkon" raketi gələn ildən Rusiya ordusunun silahlanmasına veriləcək -    Putin
  03 Noyabr 2021    Oxunub:799
“Zirkon” hipersəs qanadlı raketinin sınaqları yekunlaşmaq üzrədir və gələn ildən Hərbi Dəniz Qüvvələrinə tədarük ediləcək".
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə məsələləri üzrə iclasda deyib.

Putinin sözlərinə görə, sınaq zamanı raket tapşırığa tam uyğun olaraq sualtı mövqedən və suüstü gəmilərdən həm yer, həm də dəniz hədəflərini dəqiqliklə vurub: "Gələn ildən etibarən bu raketlər Rusiya Hərbi Dəniz Qüvvələrinə daxil ediləcək".

O bildirib ki, davam edən sınaqlar həm də “Peresvet” lazer sistemlərinin, “Avangard” və “Kinjal" hipersəs komplekslərinin unikal xüsusiyyətlərini inamlı şəkildə təsdiqləyib.

Rusiya liderinə görə, potensial hərbi təhlükələrə qarşı effektiv mübarizə apara biləcək yeni hipersəs silah sistemlərinin, yüksək güclü lazerlərin, robot sistemlərin yaradılması üçün zəruri texnologiyaların işlənib hazırlanması və tətbiqi xüsusilə vacibdir: "Bu, o deməkdir ki, onlar ölkəmizin təhlükəsizliyini daha da gücləndirəcəklər”.

Putin bildirib ki, qabaqcıl silahların inkişafı onilliklər ərzində Rusiyanın yüksək hərbi təhlükəsizliyini təmin edib.

AzVision.az



Teqlər: Rusiya   Zirkon  





Xəbər lenti