"Bakı inkişaf edir və gözəlləşir" - Sabiq prezident

   "Bakı inkişaf edir və gözəlləşir" -    Sabiq prezident
  03 Noyabr 2021    Oxunub:827
"Bakı şəhəri çox valehedici görünür və pandemiya ilə əlaqədar qapanmalara baxmayaraq inkişaf edir və gözəlləşir.
AzVision.az xəbər verir ki, bunu Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa Qlobal Bakı Forumu çərçivəsində Nizami Gəncəviyə dair xarici dildə nəşr edilmiş 2 kitabın təqdimat mərasimində deyib.

V.Vike-Freyberqa bildirib ki, bu gün dünyada çətinliklər, problemlər mövcuddur: “Biz bu problemlərin öhdəsindən birgə gəlməliyik. Ümid edirəm ki, biz qarşıdakı günlər ərzində çox səmərəli müzakirələr aparacağıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçiriləcək.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirakı nəzərdə tutulur. Hibrid formatda təşkil ediləcək tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn qaydada qoşulacağı gözlənilir.

"Nizami Gəncəvi: Şair və Müdrik" kitabının müəllifi Dünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Sarıgeldin, "Nizami Gəncəvinin Yeddi Gözəl və Ədəbiyyat barədə digər Esselər" kitabının müəllifi isə Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqadır.

AzVision.az




Teqlər: Bakı  





Xəbər lenti