"Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq" - Binəli Yıldırım

   "Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq" -    Binəli Yıldırım
  04 Noyabr 2021    Oxunub:650
“Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli razılaşmada Laçın dəhlizi ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib. Bu istiqamətdə işlər davam edir. Bu məsələdə İranın müsbət, yaxud mənfi mövqe tutmasının çox anlamlı olduğunu düşünmürəm”.
AzVision.az -ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizindən bütün ölkələr faydalanacaq: “İran köklü bir dövlətdir. İranla sülh içində yaşayırıq, yaşamağa davam edəcəyik. Qafqaz ölkələri ilə bərabər Xəzərin regionundakı dövlətlər də daxil olmaqla, bu platformanın genislənəcəyinə inanırıq”.

AzVision.az


Teqlər: Zəngəzur  





Xəbər lenti