"XİN başçılarının yeni görüşü gözlənilir" - Qevorkyan

   "XİN başçılarının yeni görüşü gözlənilir" -    Qevorkyan
  04 Noyabr 2021    Oxunub:600
Yaxın günlərdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Minsk qrupu həmsədrlərinin iştirakı ilə yeni görüşün keçirilməsi gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaqe Qevorkyan parlamentdə çıxışında deyib.

O bidirib ki, Ermənistanın Xarici İşlər Nazirliyi ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında danışıqlar prosesinin bərpası üçün ardıcıl çalışır. Bu işin nəticələrindən biri iki ölkənin XİN rəhbərlərinin - Ararat Mirzoyan və Ceyhun Bayramovun Nyu-Yorkda görüşü, həmçinin Minsk qrupu həmsədrlərinin danışıqları davam etdirmək zərurəti barədə verdikləri bəyanatdır.

"Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Düşünürəm ki, yaxın vaxtlarda yeni görüşlər baş tutacaq və danışıqlar prosesinin tam bərpası üçün şərait yaradılacaq", - Qevorkyan əlavə edib.

Xatırladaq ki, sentyabrda BMT-nin Nyu-Yorkda keçirilən 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçirilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan   XİN   Görüş  





Xəbər lenti