"Bakı Qlobal Forumu vacib platformadır" - Latviya Prezidenti
“Heç bir ölkə bu cür vəziyyətdən sığortalanmayıb və heç kim onunla təkbaşına mübarizə apara bilməz. Bu problemi həll etmək üçün səyləri birləşdirmək lazımdır”, - o çağırış edib.
Prezident bununla əlaqədar olaraq Azərbaycanın COVID-19-a qarşı mübarizə mövqeyinin və səylərinin vacibliyini deyib: “Biz birlikdə pandemiyanın öhdəsindən gələ bilərik. Lakin bu heç də yeganə problem deyil. Son illərdə iqlim dəyişikliyi məsələsi ilə daha tez-tez rastlaşırıq. Bu Qlobal Forum lazımi məsələlərin müzakirəsi baxımından vacib platformadır”.
AzVision.az
Teqlər: Latviya