Fransa Minsk qrupuna yeni həmsədr təyin edib

   Fransa Minsk qrupuna yeni həmsədr təyin edib
  04 Noyabr 2021    Oxunub :316
Bris Rokfeyl ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında məlumat yerləşdirilib.

Rokfeyl bu vəzifədə 2016-cı ilin oktyabrından vasitəçi kimi fəaliyyət göstərən Stefan Viskontini əvəz edir.

Rokfeyl yeni təyinatdan əvvəl Fransanın Özbəkistanda, Panamada səfiri, Rio-de-Janeyroda baş konsul olub. 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi vəzifəsində çalışıb.

Xatırladaq ki, bu ilin iyulunda Rusiya da ATƏT-in Minsk qrupunda həmsədrini dəyişib. İqor Popovun yerinə bu vəzifəni İqor Xovayev tutub.

Pərvanə Sultanova
AzVision.az


Teqlər: Minsk-qrupu   Fransa   Həmsədr  







Xəbər lenti