Bu ölkələr pandemiyadan daha tez qurtulacaqlar

   Bu ölkələr pandemiyadan daha tez qurtulacaqlar
  04 Noyabr 2021    Oxunub:861
ABŞ, Böyük Britaniya, Portuqaliya və Hindistan artıq gələn il koronavirus pandemiyasından çıxa bilərlər. Bir sıra tanınmış epidemioloqlarla aparılmış rəy sorğusuna əsasən “Reuters” agentliyi belə proqnozlar dərc edib.

AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, alimlərin fikrincə, adı çəkilən dövlərlərdə müəyyən mənada vaksinləşmənin yüksək səviyyəsi və koronavirusa yoluxan insanlarda formalaşmış təbii immunitetin vəhdəti yaranacaq. Beləliklə də, ABŞ, Böyük Britaniya, Portuqaliya və Hindistanda COVİD yəqin ki, daha bir mövsümi xəstəliyə çevriləcək.
Bununla belə, mütəxəssislər xəbərdar edirlər ki, COVİD-19 hələ çox illər ərzində planetin əhalisinin ölməsinin əsas səbəblərindən biri kimi qalacaq.
Alimlərin bir hissəsi COVİD-in özünü qızılca xəstəliyi kimi aparacağını düşünürlər: vaksinləşməsi aşağı səviyyədə olan əhali qrupları arasında güclü yoluxmalar olacaq. Mütəxəssislərin digər hissəsinin fikrincə isə, COVID-19 daha çox qripə bənzəyəcək.

Sahil İsgəndərov

AzVision.az


Teqlər: COVID-19   pandemiya  





Xəbər lenti