"BMT yaranan problemləri həll etmir" - Binəli Yıldırım

   "BMT yaranan problemləri həll etmir" -    Binəli Yıldırım
  04 Noyabr 2021    Oxunub:529
"BMT Təhlükəsizlik Şurası dəyişilməlidir. Bu gün BMT yaranan problemi həll etmir. Onun rolu görsənmir".
AzVision.az xəbər verir ki, Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım Qlobal Bakı Forumunun "COVID-19-dan sonra yeni dünya nizami" panelində çıxışı zamanı deyib. O bildirib ki, BMT-yə olan inanc, etibar itib.

"BMT tərəfindən çıxarılan qərar, qətnamələr yerinə yetirilmir. Qətnamə icra olunmursa, onun mənası yoxdur. Bu da quruma olan inamı azaldır".

B.Yıldırım qeyd edib ki, İkinci dünya müharibəsindən sonrakı dünya indiki dünyaya uyğun gəlmir.

"Yeni oyunçuların ortaya çıxdığını müşahidə edirik. Güclərin təması ilə ədalətli dünya nizamını formalaşdırmaq olar".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti