Türkdilli ölkələrin liderlərinin Zirvə görüşü keçiriləcək

   Türkdilli ölkələrin liderlərinin Zirvə görüşü keçiriləcək
  04 Noyabr 2021    Oxunub:726
"Gələn həftə Türkdilli ölkələrin dövlət başçılarının növbəti Zirvə görüşü keçiriləcək. Azərbaycan sədrliyi Türkiyəyə ötürəcək".
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O bildirib ki, 2 illik sədrlik dövründə taleyüklü qərarlar qəbul edildi: "Üzv ölkələrin sayının artırılması, üzvlük haqqının genişləndirilməsi istiqamətində geniş işlər həyata keçirilib. İnvestisiya Fondunun təsis edilməsi gündəmə salınıb. Burada biznesə daha çox imkan açılacaq və əlaqələr genişlənəcək".

Aytən Zəhra
AzVision.az


Teqlər: Forum   Türk-dilli  





Xəbər lenti