Roma papası Bakı forumu iştirakçılarına müraciət edib

   Roma papası Bakı forumu iştirakçılarına müraciət edib
  04 Noyabr 2021    Oxunub:581
Roma papası Fransis VIII Bakı Qlobal Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin tərəfindən səsləndirilən müraciətdə dünyanın ən mühüm məsələlərinə dair belə müzakirələrin əhəmiyyəti qeyd olunur.

Katolik kilsəsinin rəhbəri həmçinin builki forumun Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 880 illiyi ilə üst-üstə düşdüyünü xatırladaraq bildirib ki, böyük şairin yaradıcılığı birlik və həmrəyliyi tərənnüm edir: “Azərbaycanda Nizami Gəncəvi yaradıcılığına ehtiram əlaməti olaraq 2021-ci il "Nizami Gəncəvi İli" elan edilib”.

AzVision.az


Teqlər: Roma-Papası  





Xəbər lenti