"Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"- Hikmət Hacıyev

 "Bakı 3+3 formatı üzrə diplomatik təmasları davam etdirir"-  Hikmət Hacıyev
  04 Noyabr 2021    Oxunub:682
"Azərbaycan tərəfdaşları ilə 3+3 regional əməkdaşlıq formatının yaradılmasına dair diplomatik vasitələrlə müzakirələri davam etdirir". AzVision.az "TASS"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev VIII Bakı Qlobal Forumundakı müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, bu format regionda gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edir: “Hazırda bununla bağlı diplomatik kanallar vasitəsilə təmaslar aparılır. Ümumiyyətlə, Azərbaycan bu prosesi dəstəkləyir. Biz bu format əsasında müzakirələri davam etdirməklə regional əməkdaşlığın yeni platformunu yaratmağa hazırıq”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hikmət-Hacıyev   3+3  





Xəbər lenti