Nazir İranla münasibətlərindən danışdı: "Müsbət nəticə əldə olunub"
“Bunlar əsasən İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq avtomobillərin daxil olması ilə bağlı idi. Bununla bağlı İran tərəfinə narazılığımızı çatdırmışdıq. Ancaq buna baxmayaraq, belə hallara rast gəlinmişdi. Daha sonra Azərbaycan ərazisində yoxlama tədbirləri həyata keçirilən zaman İran şirkətlərinə məxsus iki sürücünün qanunsuz olaraq ərazimizə daxil olması aşkarlanmışdı.
Həmin sürücülər isə saxlanılmış, avtomobillər müsadirə edilmişdi. Sonradan müxtəlif istiqamətlər, o cümlədən diplomatik kanallar vasitəsilə danışıqlarımız davam etdirildi. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticə əldə olunub. Eyni zamanda Azərbaycan tərəfi humanist addım ataraq həmin nəqliyyat vasitələri və sürücülərini İran tərəfinə təhvil verilib. Azərbaycan hər zaman bütün məsələlərin dialoq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmasının və həll edilməsinin tərəfdarıdır. Düşünürəm ki, bu istiqamətdə işlər davam edəcək”.
AzVision.az
Teqlər: İran