Son sutkada 2706 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

   Son sutkada 2706 nəfər COVID-19-a yoluxub,    29 nəfər ölüb
  04 Noyabr 2021    Oxunub :304
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2706 yeni yoluxma faktı qeydə alınıb, 1937 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Ölkədə ümumilikdə 539 710 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 501 508 nəfər müalicə olunaraq sağalıb, 7 182 nəfər vəfat edib, aktiv xəstə sayı 31 020 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 350, ötən müddət ərzində isə ümumilikdə 5 243 038 test aparılıb.

AzVision.az

Teqlər: COVID-19  







Xəbər lenti